Gündəm / İqtisadiyyat / Cəmiyyət

MƏLUMATSIZ SİLİNƏN VƏSAİTLƏRİNİN TALEYİ...

MƏLUMATSIZ SİLİNƏN VƏSAİTLƏRİNİN TALEYİ...

"Kanal14.az"  "DogruXeber.az"a istinadən xəbər verir ki, 28.04.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 3 müxtəlif müəssisə ilə 9 müqavilə bağladığı qeyd olunub.

"BİMD" QSC İLƏ
VÖEN: 1574373601


1. Füzuli rayonunun Dədəli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 490000 (dörd yüz doxsan min) AZN

2. Kəlbəcər rayonunun Yanşaq kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 270000 (iki yüz yetmiş min) AZN

3. Kəlbəcər rayonunun Zallar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 310000 (üç yüz on min) AZN

4. Füzuli rayonunun Pirəhmədli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 460000 (dörd yüz altmış min) AZN

"REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited şirketi"nin Azərbaycan Respublikasındakı filialı ilə
VÖEN: 1405307691


1. Xocavənd rayonunun Tuğ kəndinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 2124000 (iki milyon yüz iyirmi 4örd min) AZN


2. Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 2242000 (iki milyon iki yüz qırx iki min) AZN

"Bureau Mühit" MMC ilə
VÖEN: 2006792941


1. Cəbrayıl rayonunun Xudafərin qəsəbəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 185018 (yüz səksən beş min on səkkiz) AZN

2. Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 365800 (üç yüz altmış beş min səkkiz yüz) AZN

3. Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 297242 (iki yüz doxsan yeddi min iki yüz qırx iki) AZN

Bir gün sonra - yəni, 29.04.2022-ci il tarixində isə "Feniks - AA" MMC ilə
VÖEN: 2000094981


Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması

"Qala Group" MMC ilə
VÖEN: 1601355741


1. Cəbrayıl rayonunun Horovlu kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 387370.4 (üç yüz səksən yeddi min üç yüz yetmiş. qırx) AZN

2. Zəngilan rayonunun Cahangirbəyli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 330000 (üç yüz otuz min) AZN

3. Zəngilan rayonunun Məmmədbəyli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 339999.3 (üç yüz otuz doqquz min doqquz yüz doxsan doqquz. otuz)

4. Laçın rayonunun Güləbird kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması
MƏBLƏĞ - 295000 (iki yüz doxsan beş min) AZN

Qeyd edək ki, iki gündə imzalanmış 14 müqavilənin hər birinin qarşısındakı "ətraflı məlumat" bölməsi boş saxlanılıb.

Ciddi məbləğlərin qeyd edildiyi müqavilələr barəsində ətraflı məlumatların ictimaiyyətə təqdim edilməməsi müəyyən şübhələr doğurur.

Yazıda adı çəkilən tərəflərin açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az