Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən daha əvvəl qovulması elan edilən Rusiyanın Yaponiyadakı səfirliyi və ticarət missiyasının əməkdaşları bu gün Tokionu tərk edirlər. 

"Kanal14.az"ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onlarla avtobus səfirliyin ərazisindən çıxıb və Haneda hava limanına doğru yola düşüb.

Diplomatlar və onların ailə üzvləri xüsusi reyslə Rusiyaya qayıdacaqlar. Uçuş yaxın bir neçə saat ərzində baş tutacaq.

Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin çərşənbə günü jurnalistlərə bildirib ki, Rusiya diplomatların ölkədən çıxarılması ilə bağlı cavab tədbirləri görəcək.