Bakı şəhərinin Yasamal rayonunda "Lexus” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda dayanan "Hyundai” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Kanal14.az"a bildirilib ki, avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.