Bakının Nizami rayonunda "Opel” markalı minik avtomobili, Sabunçu rayonunda isə "KamAZ” və "Shacman" markalı yük avtomobillərinin kabinə hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Kanal14.az"a verilən məlumata görə, avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.