Sumqayıt şəhərinin Corat qəsəbəsində "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Kanal14.az"a verilən məlumata görə, yaxınlıqdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdam rayonunun Təzəkənd kəndində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli ərzaq mağazasının tavanı 40 m² sahədə, içərisində 3 ədəd soyuducu və 3 m² sahəyə yığılan mallar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.