Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən "Kanal14.az"a verilən məlumata görə, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.