Ağstafa rayonunda iki nəfər döyülüb.

"Kanal14.az" xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Mübahisə zəminində xəsarət alan iki qadın xəstəxanaya aparılıb.

Məlumata görə, 1974-cü il təvəllüdlü L.Bayramova müxtəlif xəsarətlər alıb, onun yaxını olan yaşlı qadın isə yüngül xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.