Ekvadorun cənubundakı Kuenka şəhərində yerləşən həbsxanada məhbuslar arasında toqquşma baş verib.

"Kanal14.az" xəbər verir ki, qarşıdurma nəticəsində 20 nəfər  öldürülüb. Hadisə zamanı azı 10 məhbus da yaralanıb, 52 nəfər isə həbsxanadan qaçmağa müvəffəq olub.

İlkin ehtimala görə, qarşıdurmalara səbəb müxtəlif cinayətkar qrupların nümayəndələri arasında rəqabət olub. Hazırda polis cəzaçəkmə müəssisəsində asayişin bərpası istiqamətində iş aparır, əməliyyatda 200-dən çox hərbçi də iştirak edir.