Dünya

Ekvadorda onlarla məhbus həbsxanadan qaçdı

Ekvadorda onlarla məhbus həbsxanadan qaçdı
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Ekvadorun Potovyexo şəhərində onlarla məhbus həbsxanadan qaçıb.

Kaal14.az-ın məlumatına görə, hadisə ilə bağlı ölkənin daxili işlər naziri Mariya Paula Romo açıqlama verib.

Nazirin sözlərinə görə, məhbusların qaçışı həbsxanadakı etirazların fonunda baş verib.

Qaçmış 50 nəfərin artıq saxlanıldığı qeyd edilib. Hazırda hüquq-mühafizə orqanları qaçması ehtimal edilən digər məhbusların olub-olmamasını araşdırır./Trend