Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.


"Kanal14.az" xəbər verir ki, bu barədə  Türkiyə XİN-dən məlumat verilib.


Məlumatda qeyd olunub ki, danışıq zamanı Ukraynadaki son yeniliklər, mövcud humanitar vəziyyət müzakirə edilib.
Həmçinin, danışığın əsas mövzularından biri də İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşü olub.