Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

Türkiyənin XİN başçısının rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən gün tərəflər arasında telefon danışığı olub. Onlar sonuncu dəfə martın 10-da Türkiyənin Antalya şəhərində üçtərəfli formatda görüşüblər.