Gündəm / Dünya

Türkiyə və Macarıstan XİN başçıları Ukraynanı müzakirə edib

Türkiyə və Macarıstan XİN başçıları Ukraynanı müzakirə edib

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə macarıstanlı həmkarı Peter Siyatro arasında telefon danışığı olub.

Bu barədə Kanal14.az-ın yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Qeyd edilib ki, telefon danışığı zamanı Ukrayna müharibəsi və ölkədəki hazırki humanitar vəziyyətlə bağlı son yeniliklər müzakirə olunub.