"Rəsmi Minsk nə Rusiya, nə Ukrayna, nə də digər dövlətlər tərəfindən heç bir hərbi əməliyyatı dəstəkləməyib və dəstəkləmir".

"Kanal14.az" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə o, Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.

"Mən heç vaxt heç bir hərbi əməliyyatı dəstəkləməmişəm və dəstəkləməyəcəyəm də... Nə Rusiya, nə Yaponiya, nə Amerika, nə də Ukrayna tərəfindən. Müharibə qəbuledilməzdir”, - deyə Lukaşenko əlavə edib.

Eyni zamanda, Belarus prezidenti xatırladıb ki, Minsk və Moskva müttəfiqdirlər və onların ən yaxın münasibətləri məhz hərbi-siyasi sahədədir.