Dünya

Lukaşenko getsə, Rusiya bu addımı atacaq – Senator

Belarus Prezidenti Aleksandr Lukaşenko istefaya getsə, Rusiya ölkədə Ukrayna ssenarisini təkrarlaya bilər.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ-ın respublikaçı senatoru Mark Rubio paylaşıb.

"Əgər Lukaşenko vəzifəsindən getsə və ya nizamı bərpa edə bilməsə, Rusiyanın hərbi işğal imkanları çox realdır”, – deyə o bildirib.