Ukrayna Silahlı Qüvvələri "Qərb” xüsusi təyinatlı dəstəsinin hərbçilərini təmas xəttinə keçirib.

"Kanal14.az"  xəbər verir ki,  bu barədə Luqansk Xalq Respublikasının rəsmi nümayəndəsi İvan Filiponenko bildirib. 

O, Ukrayna xüsusi təyinatlılarının Novoluqanskda yerləşdirilməsinə aydınlıq gətirib.

İvan Filiponenko Rusiya hərbi texnikasının  əraziyə gətirildiyini də bildirib: "Son gün ərzində müvəqqəti olaraq işğal olunmuş əraziyə 70 ədəd əlavə Rusiya hərbi texnikası yerləşdirilib”.

Məlumata görə, söhbət tanklar, zirehli texnika və özüyeriyən artilleriya qurğularından gedir.

Bundan əvvəl Luqansk Xalq Milisi Donbas təmas xəttində 79-cu Ukrayna Hava Desant Briqadasına tədarük edilən Britaniyaya məxsus NLAW tank əleyhinə raket bazalarını aşkar edib.