Rusiya prezidenti Vladimir Putinin Ukraynada uğursuz kəşfiyyat və zəif strategiya nəticəsində bir sıra biabırçı məğlubiyyətlərdən sonra Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən qəzəbləndiyi və yüksək səviyyəli generalları işdən çıxardığı iddia edilib.

"Kanal14.az" xarici  KİV-ə  istinadən xəəbr verir ki,  bu  barədə  Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Oleksiy Danilov məlumat yayıb. 

Onun sözlərinə görə, Moskva uğursuzluğa düçar olandan sonra strategiyasını dəyişməyə çalışıb, münaqişə başlayandan bəri Putin "təxminən səkkiz” rus generalını vəzifəsindən kənarlaşdırıb.