Rus  hərbçiləri ukraynalı deputatın evinə soxularaq onu qaçırıblar.

"Kanal14.az"  xəbər verir  ki,  bu  barədə Krım Tatar Xalq Məclisinin üzvü Esgəndər Bariyev məlumat yayıb. 

"Bu gün səhər saat 6-da Melitopolda rus hərbi geyimli silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol Şəhər Diyarşünaslıq Muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublarvə  onu qaçırıblar", - Bariyev bildirib.

Deputatın hara qaçırılması barədə hələlik məlumat yoxdur.