Şimali Koreya lideri Kim Çen In atası II Kim Conun anım mərasimi zamanı insanları mənfi 15 dərəcə şaxtada gözlətməkdə günahlandırılıb.

"Kanal14.az" xəbər verir ki, 2011-ci ildə vəfat edən Şimali Koreya lideri Kim Çen İrin 80-ci doğum günündə keçirilən tədbirdən foto görüntülər yayılıb. Belə ki,  fotolarda xalq Kim Çen Inın 30 dəqiqəlik çıxış etdiyi tədbirdə mənfi 15 dərəcə şaxtada gözləmək məcburiyyətində qalıb.

Bu arada xüsusi bölmədə əyləşən dövlət ağsaqqalları isə qızdırıcılar sayəsində soyuqdan təsirlənməyib.

Çıxış zamanı qonaqların çoxunun əlcəksiz, şərfsiz və qoruyucusuz olması da diqqət çəkib. 

Şimali Koreyadan gələn xəbərləri dərc edən "NK News", qırmızı xalçadan keçən məmurların "xüsusi rəftar"a məruz qaldığını iddia edib.