Milli Məclis Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişini təsdiqləyəcək.

"Kanal14.az" xəbər verir ki, bu gün "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin onlayn iclasında müzakirəyə çıxarılacaq.