Gündəm / Siyasət

Milli Məclis Azərbaycanla Serbiya arasında viza rejiminin ləğv olunmasını təsdiqləyib

Milli Məclis Azərbaycanla Serbiya arasında viza rejiminin ləğv olunmasını təsdiqləyib
 
 
 
  
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 

Azərbaycanla Serbiya arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.

Kanal14.az-ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.