Gündəm / Sosial

Azərbaycanda nəziri onlayn qaydada vermək mümkün olacaq

Azərbaycanda nəziri onlayn qaydada vermək mümkün olacaq

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

"Kanal14.az"ın "Report”a istinadən əldə etdiyi məlumata görə, bu, "Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcək.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər”.