Gündəm / Dünya / İdman

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Yanvarın 16-da Belçikada COVID-19 testi müsbət nəticələnən Azərbaycan millisinin üzvü Eduardo Borges dünən növbəti dəfə test verib.

"Kanal14.az" xəbər verir ki, nəticə neqativ olub və müdafiəçi bu gün Belçikadan Niderlanda gəlib, komandaya qoşulub.

Bir gün əvvəl heyətə cəlb edilən İran əsilli futzalçı Hadi Əhmədi də artıq millinin Qroninqendəki düşərgəsindədir. O zədələnən və "Maneka” kimi tanınan Emanuel Rodriqesi əvəzləyib.

Xatırladaq ki, futzal millimiz yanvarın 22-də Avropa çempionatında ilk oyununu Gürcüstana qarşı keçirəcək.