Gündəm / Sosial

Yanvarın 18-dən sonra kafe və restoranların açılması ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Yanvarın 18-dən sonra kafe və restoranların açılması ilə bağlı Operativ Qərargahdan AÇIQLAMAAzərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət normallaşmağa başlayıb. Belə ki, artıq gündəlik yoluxanların sayı 7-8 dəfə aşağı düşərək 500-600 arası dəyişib. Bu azalma ölüm hallarında da müşahidə olunur. Sağalanların sayında isə xeyli artım var. Belə ki, Azərbaycanda son sutkada koronavirusa 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Bu gün hər kəsi maraqlandıran sual bu azalma dinamikası yanvarın 18-nə kimi davam edərsə Azərbaycanda kafe və restoranlar açıla bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki,bu barədə onda heç bir məlumat yoxdur:

 

"Sərt karantin rejimi yanvarın 18-nə kimi qüvvədədir. Hələ yanvarın 18-nə bir neçə gün var. Yanvarın 18-dən sonra hansı yumşalmaların olması ilə bağlı rəsmi qərar verilərsə bu barədə vətəndaşlarımıza tərəfimizindən məlumat veriləcək".