Gündəm / Sosial

Bu həftə "sms icazə" sisteminin ləğv edilməsi ilə bağlı AÇIQLAMA

Bu həftə Xəbər verdiyimiz kimi dekabrın 14-dən yanvarın 18-nə kimi Azərbaycanda sərt karantin rejimi və "sms icazə" sistemi tətbiq edilir. Qeyd edək ki, son günlər koronavirusa yoluxanların sayı 4000-dən 400-500-ə düşüb. Bu gün hər kəsi maraqlandıran sual yanvarın 18-dən sonra "sms icazə" sisteminin ləğv edilib-edilməyəcəyidir.

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, yanvarın 18-dən sonra "sms icazə" sistemi ləğv edilə bilər:

 

"Gündəlik yoluxma sayı da buna imkan verir. Həm də yaxın günlərdə koronavirus əleyhinə peyvəndlənmə də başlayır.

Bundan əlavə artıq insanlarımız tərəfindən qoyulan qaydalara əməl edilir və maskadan düzgün istifadə olunur.

Düşünürəm ki, yanvarın 18-nə kimi gündəlik yoluxanların sayında müsbət dinamika davam edərsə, bu həftə "sms icazə" sisteminin ləğv edilməsi ilə bağlı qərar verilə bilər. Əlbəttə bütün bu qərarları Operativ Qərargah verir.

Operativ Qərargah mövcud epidemioloji vəziyyəti, gündəlik yoluxma ölüm və sağalma hallarını analiz edib düzgün qərar verəcəkdir".