Gündəm / Siyasət

Tokayev zəiflik nümayiş etdirirsə... – Xəbərdarlıq

Tokayev zəiflik nümayiş etdirirsə... – Xəbərdarlıq

Əgər hər şeyi öz adı ilə adlandırsaq, Qazaxıstanda baş verən hadisələr ya dövlət çevrilişinə cəhd, ya silahlı üsyan, ya da reallaşan rəngli inqilabdır.

"Kanal14.az" Hurriyyet.az-a istinadən xəbər verir ki, bu fikirlərlə rusiyalı hərbi ekspert İqor Korotçenko çıxış edib.

Onun sözlərinə görə, Tokayev Konstitusiyaya uyğun olaraq bütün səlahiyyətlərindən istifadə edib iğtişaşların yatırılması üçün müvafiq hüquq-mühafizə orqanları və Silahlı Qüvvələrdən istifadə edərsə, vəziyyət nəzarətə götürülə bilər:

"Eyni zamanda, hakimiyyət bir tərəfdən üsyançıların əməllərini sərt şəkildə yatırmalı, digər tərəfdən isə "ağıllı və adekvat etirazçılar”la dialoq aparmalıdır. Əgər hakimiyyət zəiflik, çaşqınlıq, özünə inamsızlıq, təhlükəsizlik işçilərinə güvənməkdə acizlik nümayiş etdirirsə, bu halda hakimiyyətin zorakılıqla dəyişməsi də daxil olmaqla, çox acınacaqlı nəticələr gözləyə bilər”.