Gündəm / Dünya

Qazaxıstanın yeni prezidenti and içdi

Qazaxıstanın yeni prezidenti and içdi
Qazaxıstanda keçirilən prezident seçkilərində qələbə qazanan Kasım-Jomart Tokayev and içib.
Tokayev bununla da prezident kimi fəaliyyətə başlayıb.

"Qazaxıstan xalqına sadiq xidmət etməyə, Qazaxıstanın konstitusiyası və qanunlarına ciddi rayət etməyə, vətəndaşların hüquq və azadlıqlarını təminat altına almağa, üzərimə düşən prezident vəzifəsini şərəf və vicdanla icra etməyə and içirəm”, - deyə Tokayev təntənəli mərasimdə deyib.
O, eyni zamanda qeyd edib ki, vətəndaşların rifah halı onun əsas məqsədi olacaq.

Qeyd edək ki, Tokayev seçkilərdə seçicilərin 70.96 faiz səsini toplayıb.