Gündəm / Sosial

Binəqədi MKTB həyəti gecə ilə təmizlədi

Binəqədi MKTB həyəti gecə ilə təmizlədi

 

 

Kanal14.az: - Binəqədi rayonun Ağasadıq Gəraybəyli küçəsində yerləşən 31 saylı bina ilə Ziya Bünyadov prospektindəki 23 saylı binanın kəsişməsindəki həyət barədə yazılan iradlar ötən axşam dərhal aradan qaldırılıb. Sözügedən həyətdə gecə saatlarında qanunsuz işlər görən bir neçə şəxs isə polis əməkdaşları tərəfindən tutularaq nəzarətə götürülüb.

Bu barədə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov məlumat verib.

"Sakinlərin şikayətinə əsasən, ərazinin işıqlandırılması da bu gün ərzində təmin olunacaq”, - E.Zamanov bildirib.

Qeyd edək ki, sözügedən ərazidə yaşayan sakinlər ötən gün saytımıza şikayət ünvanlamışdılar. Həyətin narkoman yuvasına çevrildiyini, yığılıb qalan zibillərin aylarla təmizlənmədiyini, işıqlandırma sistemi olmadığına görə həyətdə saxlanılan maşınlara gecə saatlarında kənar müdaxilələr olunduğunu bildirmişdilər.//axar.az