Gündəm / Hadisə

Cəlilabad sakinlərindən qanunsuz silahlar aşkarlanıb

Cəlilabad sakinlərindən qanunsuz silahlar aşkarlanıb

 

 
Kanal14.az: - Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri N.Qardaşxanov və X.Feyziyevdən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırma aparılır.//dia.az