Hadisə

Balakən sakinindən tapança götürülüb

Balakən sakinindən tapança götürülüb
 
 

 
 
 
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb. Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.