Gündəm / Siyasət

ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycana gələcək

Kanal14.az: - ATƏT Parlament Assambleyasının (PA) yeni təyin olunmuş xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana rəsmi səfər edəcək.

 

Bu barədə ATƏT PA məlumat yayıb.

 

K.Henriksen Gürcüstana ikigünlük səfərindən sonra Ermənistana və Azərbaycana səfər edərək əməkdaşlıq məsələləri və regional problemləri müzakirə edəcək.

 

Qeyd edək ki, Kari Henriksen 2021-ci ilin avqustunda ATƏT PA-nın Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub.