kanal14.az
kanal14.az

DÖVLƏTİN NƏCİB TƏŞƏBBÜSÜNƏ KÖLGƏ SALMAĞA ÇALIŞANLAR... – Qaydaları və şərtləri hələ açıqlanmayan yeni tələbə krediti sistemini kimlər tənqid edir?

DÖVLƏTİN NƏCİB TƏŞƏBBÜSÜNƏ KÖLGƏ SALMAĞA ÇALIŞANLAR... – Qaydaları və şərtləri hələ açıqlanmayan yeni tələbə krediti sistemini kimlər tənqid edir?
24-06-2021, 16:42 62 dəfə baxılıb

DÖVLƏTİN NƏCİB TƏŞƏBBÜSÜNƏ KÖLGƏ SALMAĞA ÇALIŞANLAR... – Qaydaları və şərtləri hələ açıqlanmayan yeni tələbə krediti sistemini kimlər tənqid edir?

 

Kanal14.az: - "Azadlıq” radiosunun ölkəmizdə həyata keçirilən mütərəqqi işlərə bir qayda olaraq kölgə salmaq cəhdləri heç kəs üçün sirr deyil. Radio bu dəfə yeni yaradılmış Təhsil Tələbə Krediti Fondunu "hədəf seçib” və hələ strukturu formalaşmamış və fəaliyyətə başlamayan bu təsisatı qaralamaqla məşğuldur. Açıq qərəzlə Azərbaycanda təhsil sahəsində dövlətin həyata keçirdiyi əhəmiyyətli tədbirlərə kölgə salır, son dövrlərdə ali təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş əhatəli islahatlara qara yaxır.

Radio Azərbaycanda ali təhsilin pullu olmasını problemləşdirərək dövlətin ali təhsillə bağlı gördüyü işləri tamamilə arxa plana keçirir və təhsildə hər il artan dövlət maliyyəsinin əhəmiyyətini kiçildir. Unutmaq lazım deyil ki, həmin radionu maliyyələşdirən Amerikanın özündə, Avropa ölkələrində də təhsil ödənişlidir və tələbələrin böyük bir qismi məhz təhsil kreditlərin və qrantların köməyi il təhsil problemlərini həll edirlər. Azərbaycanda isə ali məktəblərə qəbul zamanı yüksək bal toplayan tələbələr dövlət sifarişi əsasında təhsil almaq haqqı qazanırlar. Ali təhsil müəssisələrinin mülkiyyət formasından asılı olmayaraq, dövlət və ya özəl ali təhsil müəssisələrində dövlət tərəfindən təhsil haqqlarının ödənilməsi həyata keçirilir. Hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdü, təhsil göstəriciləri yuxarı olan tələbələrə təqaüdlər verilir, gənclər üçün Prezident mükafatı təsis edilib. Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlərə uyğun olaraq, 2019-cu il martın 1-dən başlayaraq müvəffəqiyyət göstəriciləri yaxşı olan tələbələr üçün təqaüd sayının əhatəsi artırılıb və 2021-ci ildə ölkəmizdə təqaüd alan tələbələrin sayının ümumi tələbə sayına olan nisbəti 50 faizdən çox olacaqdır.

Şəhid ailələrinin, müharibə veteranlarının övladları, həssas sosial qrupların ailə üzvlərinə məxsus tələbələr dövlətin maliyyə dəstəyi hesabına təhsil alırlar və onlara təhsillə bağlı bir sıra güzəştlər tətbiq olunur.

Bundan başqa, Azərbaycan hökuməti pandemiya dövründə sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrin təhsil haqqı xərclərini öz üzərinə götürdü, tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımilləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Eyni zamanda, hökumət bu sosial humanizmini davam etdirərək 2021-ci ilin birinci yarımilliyində də həmin tələbələrin təhsil haqlarını dövlət büdcəsi hesabına ödənilməsi barədə qərar qəbul etdi. Nəticədə 22 mindən artıq tələbə dövlətin bu sosial güzəştindən faydalandı. Son illərdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi məqsədilə ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin Avropa standartlarına uyğunlaşdırılması, təhsil idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müasir standartlara cavab verən təhsil infrastrukturlarının yaradılması və təhsilə əlçatanlığın təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Ölkəmizin sosial-iqtisadi inkişaf xüsusiyyətləri və əmək bazarının yeni tələbləri nəzərə alınaraq 2019-cu ildən başlayaraq ali məktəblərdə dövlət sifarişi yerlərin sayı hər il artırılmaqdadır və artıq dövlət hesabına təhsil alan tələbələrin sayı 12 mindən 20 minə çatdırılıb. Beləliklə, ali təhsil alan iki tələbədən biri dövlət hesabına təhsil almaqdadır. Bu da təhsil almaq arzusunda olan gənclər üçün imkanların daha da genişlənməsi deməkdir. Bütün bu motivasiyalar onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müvafiq dövlət qurumları təhsil haqlarını ödəməkdə çətinlik çəkən tələbələrin sosial vəziyyətlərini nəzərə alaraq xeyli müddətdir ki, dünyanın əksər ölkələrində geniş tətbiq olunan təhsil kreditləri sisteminin yaradılması istiqamətində işləri bu günlərdə uğurla başa çatdırıb. Təhsilə əlçatanlığın təmin edilməsi, təhsil almaqda bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun fəlsəfəsi də məhz təhsil almaq istəyənlər üçün bərabər imkanların yaradılması, təhsil almaq arzusunda olan, lakin dövlət sifarişi ilə təhsil haqqının ödənilməsi hüququnu qəbul imtahanları zamanı qazana bilməmiş gənclər üçün yeni resurs mənbəyinin təmin edilməsidir.

Məsələ ondadır ki, uzun illərdir, Azərbaycan hökumətini tələbə təhsil kreditləri sistemini yaratmamaqda günahlandıran "Azadlıq” radiosu indi belə bir mütərəqqi layihənin ərsəyə gəlməsindən sonra valı dəyişir, başqa musiqiyə oynayır. Öz ənənəvi xislətindən əl çəkmir, ölkəmizin təhsil sisteminə gətirilən yeni bir modeli təqdir etmək, təhsilin keyfiyyətində və tələbələrin sosial həyatına və işıqlı gələcəyinə yol açan müsbət dəyişikliklərə səbəb olacaq Fondun iş planı, qaydaları və şərtləri dərc edilmədiyi halda cadugərlik edib cəfəng "proqnozlar” və sayaq şərhlər verir.

"Azadlıq” radiosu və ona züy tutan "Turan” agentliyinin dövlətin çox vacib və nəcib təşəbüsünü bu cür qaralaması həm obyektivliyi şübhə altına almaqdır, həm də media adına xələl gətirməkdir.//azpolitika.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA