kanal14.az
kanal14.az

Direktor “ovu” davam edir: - “Rüşvətxorların çıxarılması...”

Direktor “ovu” davam edir: - “Rüşvətxorların çıxarılması...”
21-06-2021, 18:55 77 dəfə baxılıb

Direktor “ovu” davam edir: - “Rüşvətxorların çıxarılması...”

 

 
Kanal14.az: - 2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib. İdarə tərəfindən 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib.
Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb. 19 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 1 ümumi təhsil məktəbinin (304) fəaliyyəti dayandırılıb, 1 ümumi təhsil məktəbinin (152) fəaliyyəti bərpa edilib.

19 nəfər məktəb direktorunun işdən azad edilib və bu elə də az rəqəm deyil. Ümumiyyətlə, son zamanlar direktorların iş prinsipi, vəzifələrindən sui-istifadə hallarının olub-olmaması dəqiq araşdırılır. Hansısa qanunsuzluqlar aşkar edildikdə isə işdən kənarlaşdırılırlar. Bəs bu durum digər məktəb direktorlarına dərs olurmu?

Sualımızı cavablandıran təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, rəhbər vəzifədə çalışan hər bir şəxsin etik qaydalara əməl etməsi vacibdir:

"Təəssüflər olsun ki, bəzən məktəb direktorlarının bu qaydalara riayət etmədiyinin şahidi oluruq. Lakin son dövrlərdə Bakı və digər ərazilərdə bu məsələ xüsusi diqqətə alınır, lazım olduqda işdən kənarlaşdırmalar olur. Eyni zamanda direktorların qəbul imtahanlarının həyata keçirilməsi də çıxarılanların yerinə təyinatla əlaqəlidir. Amma ümumilikdə işdən çıxarılan direktorlar azlıq təşkil edir. Çünki bəzi direktorlar bu vaxta qədər tanışlıq, qohumluq əsasında işləyirdilər, indi də belədir. Kiminsə qohumu nazir müavini vəzifəsində çalışır və onlar xətaya yol versələr də, vəzifədən çıxarılmırlar. Çox istərdim ki, qeyri-qanuni əməllərə yol verdikdə onlar da işdən azad olunsunlar”.

Ekspert düşünür ki, direktorların qanunsuz əməlləri digərlərinə dərs olmayacaq:

"Çünki işini quran həmin direktor elə edib ki, müəyyən zaman çərçivəsində ödənişlərini alır və buna son qoya bilmir. Təhsilin inkişafı və gələcəkdə ixtisaslı kadrların rəhbər vəzifədə çalışması üçün rüşvətxor direktorların işdən çıxarılması yaxşı haldır”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA