Gündəm / Hadisə

“20 Yanvar” metrostansiyası yaxınlığında yanğın olub

Metronun "20 Yanvar” stansiyası yaxınlığında yanğın olub.
 
3-cü mikrorayon dairəsindən "20 Yanvar” metrostansiyasına qalxan istiqamətdə hasarlanmış boş ərazidə yanğın olub.
 
İlkin məlumatlara görə, yanğın barədə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasına məlumat verilib.
 
Yanğın məhdudlaşdırılıb, ətrafdakı ərazilərə yayılmasının qarşısı alınıb.