kanal14.az
kanal14.az

Kəlbəcərdə erməni təxribatı: Paşinyana atılan güllə, yoxsa Rusiyaya verilən mesaj? - NƏ BAŞ VERİR?

Kəlbəcərdə erməni təxribatı: Paşinyana atılan güllə, yoxsa Rusiyaya verilən mesaj? - NƏ BAŞ VERİR?
27-05-2021, 13:48 142 dəfə baxılıb

Kəlbəcərdə erməni təxribatı: Paşinyana atılan güllə, yoxsa Rusiyaya verilən mesaj?
Kanal14.az: - Mayın 27-də saat 03:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Sərhəddə baş verənlərlə bağlı Cebhe.info-ya danışan politoloq Natiq Miri bildirib ki, Azərbaycan atdığı addımlar çox doğrudur:

"Baş verən hadisədə məqsəd seçki qabağı gərginlik yaratmaqdır. Müəyyən bir siyasi uğur qazanmağa ehtiyacı olan Nikol Paşinyan seçkini nəticə etibari ilə qazanmaq istəyir. Bu məsələnin Paşinyana bağlı olan hisəssidir. Ermənistanda orduya Paşinyan və onun rəhbərlik etdiyi hökümət tam da nəzarət etmir. Ermənistan ordusu istənilən zaman sərhəddə və ya Qarabağda istənilən təxribata cəhd edə bilirlər. Biz bunu Şuşa ətrafında erməni hərbçilərin atəş açması hadisəsində də gördük. Düşünürəm ki, bu hadisələr Ermənistanda növbədənkənar seçkilər keçirilənə qədər davam edəcək”.

Politoloqun sözlərinə görə, Rusiya və KTMT dövlətləri sərhəddəki hadisələrə qoşulsa, prosses ləngiyəcək:

"Bu hadisələrin geosiyasi məqsədləri də mövcüddür. Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkassiya işləri aparılır. Bu işlər çox ağrılı davam edir. Ermənistanda olan müxalif revanşist qüvvələr bu hadisələri Paşinyana qarşı istifadə edirlər. Onlar bu hadisələrlə Paşinyanın nüfuzunu aşağı salmaq və seçkidə qalib gəlmək istəyirlər. Bundan başqa, Paşinyan özü də bu hadisələrin baş verməsində maraqlıdır. Onlar 3-cü tərəfi hadisələrə cəlb etmək istəyirlər. Burada 3–cü tərəf KTMT-dir. Başqa yerdə ölən erməni əsgərini guya Azərbaycanla sərhəddə ölmüş kimi göstərmək istədilər. Rusiyanı və KTMT dövlətləri əgər sərhəd məsələsinə qarışa, bu prosses ləngiyə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA