Gündəm / Siyasət / Sosial

“210 cəsədin kimliyi müəyyən edilməyib” - Erməni nazir


Ermənistanda müharibədən sonra şəxsiyyəti müəyyənləşdirilməmiş yüzlərlə cəsəd qalığı var.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Jurnalistlərə açıqlama verən Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib ki, bu istiqamətdə gərgin işlər gedir: "Numunələr o qədər zədələnib ki, onları birbaşa araşdırmaq olmur. Üzərində işlənməsi çətin olan təxminən 210 nümunə var ki, onlarla bağlı DNK analizi aparmaq mümkün deyil”.