Fransa Paşinyanla müxalifəti dialoqa çağırdı
Azvision.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.
"Fransa çətin anlar yaşamış ölkədə daha sakit vəziyyət yaratmaq üçün prezidentin (Armen Sarkisyan) və baş nazirin (Nikol Paşinyan) legitimliyinə əsaslanan dialoqun qurulmasının tərəfdarıdır", - XİN rəhbəri deyib.
O əlavə edib ki, erməni demokratiyası hadisələrə tab gətirməlidir.