Gündəm / Siyasət

“Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək” - Erməni generaldan AÇIQLAMA


Erməni general-mayor Arkadi Tadevosyan sensasiya yaradacaq müsahibə verib.

Bakupost.az xəbər verir ki, erməni general Ermənistandakı vəziyyəti analiz edib.

Erməni general Baş nazir Nikol Paşinyanın hakimiyyətdən gediş planları barədə belə deyib: ”Ermənistanda siyasi vəziyyət olduqca gərgindir.

Əgər Paşinyan hakimiyyətdə qalsa, tezliklə Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək. Çünki Paşinyan qərbin diqtəsi ilə hər şeyə hazırdır. Bunun baş verməməsi üçün Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.”