Gündəm / Cəmiyyət / Sosial

Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

Bakının Xətai rayonunda yaşayış və qeyri-yaşayış sahələrinin söküntü işlərinə başlanılır.

"Kanal14.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti bununla bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Layihəyə əsasən, rayonun Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü aparılacaq.

İcra Hakimiyyəti söküntü işlərinin icrasını "Ramco" şirkətinə həvalə edib və onunla dəyəri 1,3 milyon manat olan müqavilə bağlayıb.