Gündəm

Azərbaycanlılar Nikolu şoka saldı: 10 məmur qovuldu

 

Ermənistan Baş naziri Nikol Paşinyan Diaspor İşləri üzrə Komissarlıqdakı 10-dan çox məmuru vəzifəsindən azad edib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, baş nazirin qərarı ilə Avropadakı erməni icmaları məsələləri üzrə baş idarənin rəhbəri Karen Avanesyan, Qərbi Avropadakı icmalarla əlaqələr üzrə şöbənin rəhbəri Natalya Daniyelyan, Cənubi Amerika və Avstraliya icmaları ilə əlaqələr üzrə şöbənin rəhbəri Qohar Saakyan, diaspor potensialı və informasiya analizi idarəsinin rəhbəri Vaqinak Vardanyan, tədqiqat məsələləri idarəsinin rəhbəri Qriqor Arşakyan, tədqiqatlar şöbəsinin rəhbəri Eliz Gevorkyan, ümumerməni, beynəlxalq və kilsə təşkilatlarıyla əlaqə idarəsinin rəhbəri Knarik Petrosyan, ümumerməni və beynəlxalq təşkilatlarla əlaqə şöbəsinin rəhbəri Anait Davtyan, Yaxın və Orta Şərqdəki erməni icmaları məsələləriylə bağlı idarənin rəhbəri Levon Antonyan, yaxın diaspor ilə əlaqə baş idarəsinin rəhbəri Taron Şaqoyan, Erməni Apostol Kilsəsinin strukturlarıyla əlaqə şöbəsinin rəhbəri Sirvard Ambaryan, Rusiya, Belarus, Ukrayna və Moldova icmalarıyla əlaqə şöbəsinin rəhbəri Edqar Ovsepyan vəzifələrindən azad ediliblər.

Ermənistanın Diaspor İşləri qzrə Komissarlığına Zare Sinanyan rəhbərlik edir. Sinanyan ABŞ vətəndaşıdır və Qlendeyl şəhərində mühüm vəzifələrdə, o cümlədən mer vəzifəsində çalışıb.

Qeyd edək ki, 12 iyulda baş verən Tovuz təxribatından sonra dünyanın müxtəlif ölkələrində azərbaycanlıların keçirdiyi aksiyalar və bu aksiyalara ermənilərin hücumu ilə erməni vandallığının bir daha üzə çıxması, Azərbaycan icmalarının mütəşəkkilliyi ilə erməni icmalarının əsl mahiyyətinin ifşa olunması Ermənistanda şok effekti yaradıb.