Gündəm / Sosial

"Bunu jurnalistlər həyata keçirir" - ekspert


Son vaxtlar işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi vəhşiliklərlə bağlı fakttoplama kampaniyasına xarici diplomatların, beynəlxalq təşkilatların cəlb edilməsinin vacibliyi ilə bağlı fikirlər səslənir.

Maraqlıdır, əcnəbi jurnalistlərin də fakttoplama kampaniyasına cəlb edilməsi erməni vəhşiliklərinin ifşası baxımından faydalı ola bilərmi?

Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı, belə bir addımın faydalı olacağını bildirib:

"Təbii ki, xarici KİV-lərin, jurnalistlərin də bu prosesə cəlb edilməsi faydalı olar. Diplomatlar fakt toplasa da, bu faktları yaymaqla məşğul olmurlar. Bunu jurnalistlər həyata keçirir. Buna görə də fakttoplama kampaniyasına xarici diplomatlarla yanaşı, KİV-lərin də cəlbi faydalı olar. Bu, erməni vandalizminin beynəlxalq miqyasda ifşası, erməni barbarlığının dünyaya tanıdılması baxımından önəmli bir addım olar”.