Gündəm / Sosial

Əmək kitabçaları və sosial sığorta kartları ləğv olunur, yeni iş yerləri açılır

Əmək kitabçaları və sosial sığorta kartları ləğv olunur,
2020-ci ildə bütün dünyanı əhatə edən koronavirus pandemiyası, bununla bağlı biznesə, iş yerlərinə qoyulan məhdudiyyətlər, eyni zamanda müəyyən qrup insanların iş yerlərini itirməsi Azərbaycanda da əhalinin sosial-iqtisadi vəziyyətinə təsirsiz ötüşmədi. Eyni zamanda ilin sonuna doğru keçirilən hərbi əməliyyatlar və torpaqların düşmən işğalından azad edilməsi, həmin ərazilərin yenidən bərpası, infrastrukturun yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz evlərinə qaytarılması kimi aktual məsələri gündəmə gətirib. Bu isə o deməkdir ki, yenicə daxil olduğumuz 2021-ci il Azərbaycanda həm də əhalinin işlə təmin edilməsi, məşğulluğun artırılması istiqamətində özündə böyük fürsətləri cəmləyib. Bəs, ümumilikdə bu il ərzində əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində hökumətin planları nədən ibarətdir?

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "MediaPost”a müsahibəsində 2021-ci ildə bu sahədə görüləcək tədbirləri açıqlayıb.