Gündəm / Dünya

Armen Sarkisyanla Nikol Paşinyan arasında gərginlik artır

ÜST-dən koronavirusun yeni ştammı barədə AÇIQLAMAİlk olaraq Böyük Britaniyada aşkar edilmiş yüksək yoluxuculuğa malik koronavirus mutasiya etmiş növü artıq 50 ölkədə yayılıb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə nəşr olunan həftəlik epidemioloji bülletenində elan edilib.

 

Bildirilir ki, virusların daim dəyişikliyə uğraması məlum hadisədir, buna görə də bu yeni variantların ortaya çıxması gözlənilən olub.

"Mütəxəssislərdə narahatlıq doğuran bu növlərinin ortaya çıxması SARS-CoV-2 virusunun diaqnostik qabiliyyətlərinin və sistematik sıralanmasının artırılmasının, eyni zamanda dünya ictimaiyyətinə vaxtında məlumat verilməsinin vacibliyindən xəbər verir", - deyə bülletendə vurğulanır.