Dünya

“Facebook” Donald Trampı “cəzalandırıb”

ABŞ prezidenti Donald Trampın paylaşımını "Facebook" silib, "Twitter" isə gizləyib.

Kanal14.az bildirir ki, silinən yazıda Tramp mövsümi qripin koronavirusdan daha təhlükəli olduğunu vurğulayıb.

Bildirək ki, "Facebook"un bu addımına səbəb yazıda səhv məlumatların əks olunması olub.

"Twitter" isə COVID-19-la bağlı yanıltıcı və zərərli bilgilərin olduğunu vurğulayaraq tvitin qaydaları pozduğunu diqqətə çatdırıb.