Dünya

"Rusiya Trampın yox, Klintonun seçilməsi üçün müdaxilə etmişdi" - Keçmiş "CİA" sədrindən ŞOK İDDİA

Rusiyanın 2016-cı ildəki prezident seçkilərinə Donald Trampın qalib gəlməsini istədiyi üçün müdaxilə etdiyinə dair başladılan və ötən il sona çatan Rusiya istintaqı yenidən gündəmə gəlib.

Kanal14.az Metbuat.az-a istinadən  xəbər verir ki, ABŞ Kəşfiyyat İdarəsinin (CİA) keçmiş rəhbəri Con Brennan 22 ay davam edən istintaqda Rusiyanin ABŞ-ın indiki prezidenti Donald Trampın deyil, Hillari Klintonun seçkiləri qazanması üçün müdaxilə etdiyi, lakin bu məlumatın gizlədildiyini iddia edib.

Barak Obama dövrünün "CİA" rəhbəri Con Bennan iddia edib ki, 2016-cı ildə Donald Trampın seçkilərdə qalib gələcəyinə çox ehtimal verilməyib. Rusiya prezidenti Vladimir Putin və höküməti Hillari Klintonun şansının daha yüksək olduğunu düşünüblər.

Eyni zamanda bildirilib ki, son dövrdə meydana çıxan sənədlərdə Rusiyanın Tramp ilə iş birliyi etdiyinə dair Barak Obama hökümətinin əlində yetərli dəlillərin olmadığı və Rusiyanın tam əksinə Klintonu dəstəklədiyinə dair məlumatların mövcud olduğu qeyd edilib.

Qeyd edək ki, Rusiyanın kiber hücum yolu ilə 2016-cı il ABŞ prezident seçkiləriə müdaxilə etdiyinə dair istintaq başaldılmışdı. Donald Trampın seçim kampaniyasında vəzifə almış bəzi şəxslərin Rusya ilə əlaqələrinin olması diqqət çəkmişdi. 22 ay davam edən istintaqın hesabatı 22 mart 2019-cu ildə təqdim edilmiş, may ayında istintaqın sona çatdığı rəsmi olaraq açıqlanmışdı.