Dünya

“Cavablar pozitiv çıxır, Tramp bununla bacarmır”

Dünyaca məşhur müğənni Madonna ABŞ Prezidenti Donald Trampı sərt bir şəkildə tənqid edib.

Kanal14.az bildirir ki, "Qafqazinfo” xəbər verir ki, 61 yaşlı sənətçi dövlət başçısının koronavirus testləri barədə açıqlamasından sonra onu nasist adlandırıb.

 

"Bunu dəqiq deyə bilərəm ki, Amerikada COVID-19 testləri az götürülür. Çünki cavablar müsbət çıxır, Tramp bununla bacarmır. Bayraq yandıranları həbs etdirən, qaradərililəri səbəbsiz yerə öldürən polislər barədə hər hansı bir addım atmayan Tramp buna da çarə tapmayacaq. Tramp Corc Vaşinqtonun kölələrinə sahib çıxıb, amma o şəxsiyyətin imicinin müqəddəsləşdirilməsindən narahatdır. Nasistlər Ağ Evdə toplaşıb, oyanmaq vaxtıdır”, -deyə Madonna bildirib.

Qeyd edək ki, Tramp Oklahomadakı mitinqdə çıxışı zamanı "çox test etdirdiyimiz üçün daha çox virusa yoluxan ortaya çıxır. Səlahiyyətli şəxslər testləri az götürməlidir” söyləmiş, Ağ Ev isə açıqlamasında "prezident zarafat edir” deyə bildirmişdi.