Dünya

Tramp sabah evə buraxıla bilər

Tramp sabah evə buraxıla bilər

ABŞ Prezidenti Donald Trampın həkimlər qrupunun nümayəndəsi Brayn Qaribaldi dövlət başçısının xəstəxanadan buraxılma tarixini açıqlayıb.

Kanal14.az bildirir ki, Qaribaldinin sözlərinə görə, Trampın vəziyyəti pisə doğru dəyişməzsə, o, bazar ertəsi xəstəxanadan evə buraxıla bilər.

Bundan sonra ABŞ lideri müalicəsini Ağ Evdə davam etdirəcək. Trampı müalicə edən həkim Şon Konli onun vəziyyətinin yaxşılaşmağa doğru davam etdiyini qeyd edib. Bildirib ki, artıq 2 gündür hərarəti yoxdur.

(Metbuat.az)