Dünya

Çarukyan Paşinyanı bu cür təhqir etdi

Düşünürəm ki, Konstitusiyada ciddi psixi problemləri olan insanların ölkənin və Ermənistan vətəndaşlarının təhlükəsizliyini təhdid altına qoyaraq, yüksək siyasi vəzifələr tutmaq hüququnu qadağan edən maddə salmağın vaxtı gəlib.

Kanal14.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan öz Feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, bundan öncə Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsi Feysbuk səhifəsində respublikanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri ilə razılaşmamağın çətin olduğunu yazmışdı:

"Əvvəlcə xarici qadınları kilsəni görməyə dəvət edirsən. Sonra bir polis çavuşu olaraq kilsə ərazisində qonaqlara təcavüz edib onları qarət edirsən. Daha sonra isə artıq milli dəyərlərin və milli kimliyin qorunması ilə məşğul olursunuz. Həqiqətən, "millətin rifahı naminə" fəaliyyətlərdir”.

Paşinyan bu status Təhsil naziri Arutyunyanın ötən gün parlamentdə çıxışı zamanı Çarukyanın ünvanına səsləndirdiyi "gənc yaşlarında təzavüzə görə ittiham olunub” sözlərinə dəstək məqsədilə yazıb.