Dünya

Çində mikroavtobus kütlənin üstünə sürüb - Ölü və yaralılar var

Çinin cənubunda, Quansi-Juans rayonunda mikroavtobus piyadaların üstünə sürüb. Nəticədə bir nəfər ölüb, çox sayda insan yaralanıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hadisə saat 11:30 radələrində şəhərin mərkəzində baş verib. Mikroavtobus insanların çox olduğu əraziyə girərək orada olan motosikletçiləri, velosipedçiləri və piyadaları vurub.

 

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Sürücü saxlanılıb, istintaq aparılır.