Hadisə

Tovuzda polis yol qəzasında öldü

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki,  hadisə rayon mərkəzində qeydə alınıb.

1987-ci il təvəllüdlü Hikmət Fazil oğlu Quliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

 

Dünyasını dəyişən H.Quliyev polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.