Dünya

İstanbulda meşə yanır

İstanbulun Asiya hissəsində, Beykoz rayonunda meşə sahəsində yanğın başlayıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, əraziyə yanğınsöndürmə briqadaları və iki vertolyot cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısı alınıb.

 

Hadisənin səbəbi hələ açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl - iyulun 3-də də İstanbul ətrafında meşə zolağında yanğın olmuşdu.

Türkiyə ərazisinin 27,6 faizini meşə sahəsi təşkil edir.